​Türkiyənin bir çox şəhərinə son 18 ildə ən güclü qar yağıb

​Türkiyənin bir çox şəhərinə son 18 ildə ən güclü qar yağıb Vətəndaşlardan tədbirli olmaları istənilib
Region
30 Dekabr , 2014 11:50
​Türkiyənin bir çox şəhərinə son 18 ildə ən güclü qar yağıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyə Meteoroloji Mərkəzi bildirib ki, Əskişəhər və Ankara da daxil olmaqla ölkənin bir çox şəhərinə son 18 ildə ən güclü qar yağıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Mərmərə, Qərbi Qaradəniz, Şimali Egey, İstanbul, Əskişəhər, Ankara, İsparta, Bursa, Kocaeli, Zonquldak, Düzcə, Bolu, Sakarya, Yalova, Karabük və başqa bölgələrə güclü qar yağmaqdadır.

Vətəndaşlardan qar yağması ilə bağlı tədbirli olmaları istənilib. 

Son xəbərlər

Orphus sistemi