Türkiyənin Baş Qərargah rəisi: “Əl-Babda əməliyyatlar başa çatıb”

Türkiyənin Baş Qərargah rəisi: “Əl-Babda əməliyyatlar başa çatıb” Hulusi Akar: “Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır”
Region
16 Fevral , 2017 10:17
Türkiyənin Baş Qərargah rəisi: “Əl-Babda əməliyyatlar başa çatıb”

Bakı. 16 fevral. REPORT.AZ/ “Əl–Babda əməliyyatlar artıq başa çatıb”.

“Report” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən “Fırat Kalkanı” əməliyyatından danışarkən bildirib.

“Əl-Babda əməliyyatlar artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır”, - deyə, o, vurğulayıb.

Qərargah rəisinin sözlərinə görə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi