Türkiyənin baş naziri: "Rusiyanın 57 bombasından yalnız ikisi İŞİD-in mövqeyinə düşüb"

Türkiyənin baş naziri: "Rusiyanın 57 bombasından yalnız ikisi İŞİD-in mövqeyinə düşüb" "Məsələnin siyasi yolla həlli üçün Rusiya və İranla danışığa hazırıq"
Region
7 Oktyabr , 2015 14:18
Türkiyənin baş naziri: Rusiyanın 57 bombasından yalnız ikisi İŞİD-in mövqeyinə düşüb

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Rusiyanın hava hücumları İŞİD-ə qarşı edilmir. 57 dəfə bombardman edilib, onun 55-i mülayim xətt yürüdən müxalifətin, sadəcə ikisi İŞİD-in mövqeyinə düşüb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib. 

Türkiyənin hava məkanının Rusiya tərəfindən pozulmasına və Suriya ətrafında baş verənlərə münasibət bildirən ölkənin baş naziri Əhməd Davudoğlu deyib: "Məsələnin siyasi yolla həlli üçün Rusiya və İranla danışmağa hazırıq. Ölkə böhranını bölgə böhranı vəziyyətinə gətirən BMT-nin Təhlükəsizlik Şurasıdır.

Sərhədimizin və hava məkanımızın təhlükəsizliyi məsələsində güzəşt yoxdur. Türkiyə-Rusiya əlaqələri də çox önəmlidir. Siyasi həllə bağlı istənilən ölkə ilə danışıqlara hazırıq. Ancaq sərhədimizin təhlükəsizliyi, günahsız Suriya xalqının tələbləri məsələsində prinsipial mövqeyimiz var".

Rusiyanın Türkiyə ilə danışıqlar təklifinə də münasibət bildirilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib ki, oxşar hadisələrin təkrarlanmasının qarşısının alınması üçün Türkiyə və Rusiya hərbçiləri Ankarada görüşə bilər.

O vurğulayıb ki, ölkəsinin Xarici İşlər və Müdafiə nazirliklərinin təmsilçiləri Rusiyanın irəli sürdüyü təklifi müzakirə etməyə hazırdırlar.

Qeyd edək ki, ötən 4 gün ərzində Suriyada hava əməliyyatı aparan Rusiyaya məxsus döyüş təyyarələri 2 dəfə Türkiyənin hava məkanını pozub.

Ötən gün Moskvadan bu məsələnin birlikdə müzakirə olunması barədə təklif irəli sürülmüşdü.

Son xəbərlər

Orphus sistemi