Yuxarı

Baş nazir: "PYD/YPG-nin Fərat çayının qərbinə keçməsinə imkan verilməyəcək"

Binəli Yıldırım: ABŞ-ın bu məsələdəki qərarlılığının bir daha şahidi olduq

Bakı. 24 avqust. REPORT.AZ/ "Türkiyə - ABŞ əlaqələrini 15 iyun dövlət çevrilişinə cəhd də daxil olmaqla, digər məsələlər əsla pozmamalıdır və bunun pozulmasına icazə verilməməlidir."

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O, Fətullah Gülənin Türkiyəyə gətirilməsi ilə bağlı bildirib ki, onun cəzasını almaq üçün ölkəmizə gətirilməsi sürətləndirilərsə, bu sahədəki iş birliyimiz sürətlə davam edərsə, Türk millətinin bu sahədəki üzüntüsü, ümidsizliyi də çox sürətli şəkildə müsbətə dönəcəkdir.

"Burada görülən işlərdə ABŞ ilə razı qaldığımız bir məsələ var, o da PYD ünsürlərinin əsla və əsla Fərat çayının qərbinə keçməmələri və burada hər hansı bir fəaliyyət göstərməməsi istiqamətindədir" fikrini ifadə edən B.Yıldırım vurğulayıb ki, bugünkü toplantımızda bu məsələni də dəyərləndirdik: "ABŞ-ın bu məsələdəki qərarlılığının bir daha şahidi olduq və heç bir şəkildə PYD/YPG (PKK terror təşkilatının qolları -"Report") ünsürlərinin Fəratın qərbinə keçməsinə imkan verilməyəcək. Bu məsələdəki fikirlərimizi bir daha razılaşdırdıq."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi