Yuxarı
    Bağlamaq

    Türkiyənin baş naziri Niderlanda sərt cavab veriləcəyini bildirib

    Biz Niderland hakimiyyətinin hərəkətlərinə qəti etiraz edirik

    Bakı. 12 mart. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayanın Rotterdamdakı türk Baş konsulluğu ərazisinə buraxılmasına imkan verməyən Niderland hakimiyyətinin hərəkətlərini pisləyib.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, o, Ankaranın cavab tədbirlərinin son dərəcə sərt olacağını bildirib.

    "Biz Niderland hakimiyyətinin hərəkətlərinə qətiyyətlə etiraz edirik. Ankaranın cavab tədbirləri son dərəcə sərt olacaq. Türkiyəyə və diplomatik toxunulmazlığı olan nazirə təzyiq yolverilməzdir", — deyə baş nazir bildirib.

    Binəli Yıldırım Rotterdamdakı hadisəni "böyük siyasi qalmaqal" adlandırıb.

    O qeyd edib ki, Ankaranın məsələni yoluna qoymaq səyləri nəticəsiz qalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi