Türkiyənin baş naziri MHP sədri ilə görüşüb

Türkiyənin baş naziri MHP sədri ilə görüşüb Dövlət Bağçalı: "Türkiyə iqtidarının yanında olacağıq"
Region
19 İyul , 2016 15:56
Türkiyənin baş naziri MHP sədri ilə görüşüb

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Çankaya köşkündə qapalı keçirilən görüş təxminən 40 dəqiqə çəkib və hər iki lider mətbuata birgə bəyanatlarla çıxış ediblər.  

B.Yıldırım deyib ki, artıq Türkiyədə istər separatçı terrorçuluq, istərsə də hərbi çevriliş cəhdləri xalqın gündəmini işğal etməkdən çıxarılacaq: "Bundan sonra görəcək çox işlərimiz var". 

D.Bağçalı isə Türkiyə iqtidarının yanında olacaqlarını bildirib: "MHP Türkiyə parlamentində təmsil olunan 40 deputatı və xalqdan aldığı dəstəklə hərbi çevrilişin bütün ünsürlərinin ortadan qaldırılması və gələcəkdə belə bir təşəbbüsə bir daha imkan tanınmaması üçün iqtidarın yanında yer alacaq". 

Son xəbərlər

Orphus sistemi