Türkiyənin baş naziri kreslosunu hərraca çıxardacağına söz verib

Türkiyənin baş naziri kreslosunu hərraca çıxardacağına söz verib Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra vəzifəsi ləğv olunacağından, zarafatca öz kreslosunu hərraca çıxardacağına vəd verib.
Region
24 İyun , 2018 14:06
Türkiyənin baş naziri kreslosunu hərraca çıxardacağına söz verib

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra vəzifəsi ləğv olunacağından, zarafatca öz kreslosunu hərraca çıxardacağına vəd verib.

“Report” xəbər verir ki, bunu o, İzmir şəhərində səs verərkən bildirib.

"Türkiyə yeni üfüqlərə doğru yolunu davam etdirəcək….Mənim kreslom isə məndə qalacaq. Mən onu hərraca çıxardacağam", — deyə NTV telekanalı hökumət başçısının sözlərini sitat gətirib.

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Prezident postuna 6 namizəd iddialıdır.

Son xəbərlər

Orphus sistemi