Yuxarı

Türkiyənin baş naziri ilə müxalifət liderləri arasında görüş başa çatıb - YENİLƏNİB

Mətbuata qapalı keçirilən görüş 3 saat davam edib

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımla müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı arasında görüş başa çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 3 saat davam edib.  

*** 12:12

Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımla müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı arasında görüş başlayıb. 

"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, B.Yıldırımla parlamentdə təmsil olunan iki müxalifət partiyasının liderlərinin görüşü Çankaya iqamətgahında keçirilir. 

Mətbuat üçün qapalı olan görüşdə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi, terrorçuluğa qarşı mübarizə, konstitusiyaya ediləcək dəyişikliklər və digər məsələlər müzakirə olunur. 

Türkiyə KİV-nin yazdığına görə, baş nazirin iqamətgahında ilk dəfədir belə bir görüş keçirilir.

Qeyd edək ki, yığıncaqda baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Çankaya iqamətgahında bir araya gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi