Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım terror aktının törədildiyi İstanbulun Atatürk adına Hava Limanına gəlib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, baş nazir partlayışların baş verdiyi ərazidə olub.
Binəli Yıldırım partlayışların İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyini ehtimal edib. O, qeyd edib ki, 36 insanın həyatına son qoymuş qanlı hadisənin arxasında İŞİD terrorçuları dayanır.
Baş nazir terror aktı zamanı ölənlər arasında xarici ölkə vətəndaşlarının da olduğunu bildirib.