Türkiyənin baş naziri: "Hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub, 1491 nəfər yaralanıb"

Türkiyənin baş naziri: "Hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub, 1491 nəfər yaralanıb" Binəli Yıldırım: "Həlak olanlardan 60 nəfəri polis əməkdaşı, 3-ü hərbçi, 145-i isə mülki vətəndaşdır"
Region
18 İyul , 2016 14:34
Türkiyənin baş naziri: Hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub, 1491 nəfər yaralanıb

Bakı. 18 iyul. REPORT.AZ/ "Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub, 1491 nəfər yaralanıb". 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. 

Onun sözlərinə görə, həlak olanlardan 60 nəfəri polis əməkdaşı, 3-ü hərbçi, 145-i isə mülki vətəndaşdır. 

B.Yıldırım deyib ki, hazırda 7543 nəfər saxlanıb: "Bunlardan 100-ü polis əməkdaşı, 6038 hərbçi, 750 hakim və prokuror, 650 mülki vətəndaşdır. Onlardan 316 nəfəri  həbs edilib". 

Baş nazir vurğulayıb ki, hərbi çevrilişə cəhd göstərənlərdən 24 nəfəri ölü, 50-si yaralı olaraq ələ keçirilib. 

B.Yıldırım qeyd edib ki, 2 745 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb, 1 500-ə yaxın vəzifəli şəxsin işdən çıxarılması üçün prosedur başlayıb. 

Son xəbərlər

Orphus sistemi