Türkiyənin baş naziri: “Heç bir terror qruplaşması ölkəmizi əsir götürə bilməz”

Türkiyənin baş naziri: “Heç bir terror qruplaşması ölkəmizi əsir götürə bilməz” Binəli Yıldırım: “Cizrədəki terror aktını PKK qruplaşması törədib”
Region
26 Avqust , 2016 13:26
Türkiyənin baş naziri: “Heç bir terror qruplaşması ölkəmizi əsir götürə bilməz”

Bakı. 26 avqust. REPORT.AZ/ "Türkiyə Cümhuriyyətini heç bir terror qruplaşması əsir götürə bilməz".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bolqarıstanlı həmkarı Boyko Borisovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Cizrədəki şəhidlərimizə Allah rəhmət eləsin. Heç bir terror qruplaşması Türkiyəni əsir götürə bilməz. Qoy əllərindən gələni etsinlər. Millətimiz bilsin ki, biz onların hamısına qarşı mübarizə aparırıq. Qurtuluş savaşında Qazinin (Atatürkü nəzərdə tutur- "REPORT") dediyi kimi "Ya istiqlal,ya ölüm". 79 milyonun qardaşlığına, birliyinə qarşı olan bu yaramazlara lazımı cəza və cavabı verəcəyik", deyə Binəli Yıldırım vurğualyıb.

Baş nazir bildirib ki, Cizrədəki terror aktını PKK qruplaşması törədib. 

Son xəbərlər

Orphus sistemi