​Türkiyənin baş naziri Fransaya səfər edəcək

​Türkiyənin baş naziri Fransaya səfər edəcək Əhməd Davudoğlu yanvarın 11-də Parisdə terrorizm əleyhinə keçirilməsi planlaşdırılan yürüşə qatılacaq
Region
10 Yanvar , 2015 15:34
​Türkiyənin baş naziri Fransaya səfər edəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Fransaya səfər edəcək.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu yanvarın 11-də Fransanın paytaxtı Paris şəhərində yanvarın 7-də "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı hücum nəticəsində həlak olmuş insanların xatirəsinə və terrorizm əleyhinə keçirilməsi planlaşdırılan yürüşə qatılacaq.

Səfər Fransa hökumətinin dəvəti əsasında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi