Türkiyənin baş naziri:"Elazığda 3 polis şəhid olub, 217 nəfər yaralanıb" - VİDEO

Türkiyənin baş naziri:"Elazığda 3 polis şəhid olub, 217 nəfər yaralanıb" - VİDEO Binəli Yıldırım: "İkisi polis olmaqla 14 yaralının vəziyyəti daha ağırdır"
Region
18 Avqust , 2016 16:35
Türkiyənin baş naziri:Elazığda 3 polis şəhid olub, 217 nəfər yaralanıb - VİDEO

Bakı. 18 avqust. REPORT.AZ/ "Elazığda Təhlükəsizlik İdarəsinin binası qarşısında törədilən partlayış nəticəsində 3 polis şəhid olub, 217 nəfər yaralanıb".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hadisə yerinə - Elazığda səfəri zamanı bildirib.

Onun sözlərinə görə, terror nəticəsində yaralanan 217 nəfərin 72-si ambulator müalicəyə göndərilib, 145-i isə 5 xəstəxanada müalicə olunur: "Müalicə edilən yaralıların 85-i polis, 60-ı isə mülki sakindir. Yaralılardan 20-nin vəziyyəti nisbətən ağırdır. 14 yaralının vəziyyəti isə daha ağırdır. Onların da ikisi polisdir".

Son xəbərlər

Orphus sistemi