​Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib

​Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib Ədalət və İnkişaf Partiyası fövqəladə qurultayın keçirilməsi haqda qərar qəbul edib
Region
5 May , 2016 14:53
​Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib.

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O, heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb: "Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə, haqqınızı halal edin".

O, fövqəladə qurultaya uğurlar arzulayaraq, çıxışına yekun vurub.

Bu gün partiyanın sədri Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Yığıncaq bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib. Həmin toplantıda Əhməd Davudoğlu namizədliyini irəli sürməyəcək. Qurultayda partiyaya yeni sədr seçiləcək və həmin şəxs avtomatik olaraq Türkiyənin baş naziri olacaq. Ə.Davudoğlu isə bu müddətədək Türkiyənin baş naziri və AKP sədri səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. 

Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.

Qeyd edək ki, mayın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında bir saat 40 dəqiqəlik görüş keçirilib. 

Son xəbərlər

Orphus sistemi