Yuxarı

Türkiyənin baş naziri Çankayada ilk dəfə müxalifət liderləri ilə görüşəcək

Tədbir avqustun 22-də olacaq

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım parlamentdə təmsil olunan müxalifət partiyalarından ikisinin lideri ilə Çankaya iqamətgahında görüşəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş avqustun 22-də səhər saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00-da ) başlayacaq.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Çankaya iqamətgahında bir araya gələcəklər.

Türkiyə KİV-inin yazdığına görə, baş nazirin iqamətgahında ilk dəfə belə bir görüş keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi