Yuxarı
    Bağlamaq

    Türkiyənin baş naziri BMT-nin baş katibi ilə görüşüb - FOTO

    Binəli: BMT baş katibinin Türkiyəyə səfəri bölgədə yaşanan problemlərin həlli baxımından çox önəmlidir

    İstanbul. 11 fevral. REPORT.AZ/ Türkiyədə səfərdə olan BMT-nin baş katibi Antoniu Quterreş bu ölkənin baş naziri Binəli Yıldırım ilə görüşüb.

    "Report"un Türkiyə bürosu xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş zamanı bir sıra mühüm məsələlərə toxunulub.

    Binəli Yıldırım görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, BMT baş katibinin Türkiyəyə səfəri bölgədə yaşanan problemlərin həlli baxımından çox önəmlidir.

    "Bölgədə yaşanan problemlərin həlli üçün Quterreşin ziyarəti olduqca əhəmiyyətlidir. Görüşümüzdə çox vacib mövzulara toxunduq. Bu gün Türkiyə üç milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Digər bir tərəfdən Kipr məsələsində də həssaslığımızı hər görüşdə gündəmə gətirməkdəyik. 15 iyul hadisələri ilə bağlı həssaslığımız bütün rəsmi səfərlərimizdə də diqqətimizdədir. Cənab Quterreşlə bu mövzularda da çox şaxəli söhbətlər apardıq. BMT kimi əhəmiyyətli bir qurumla bundan sonra da əməkdaşlığımız davam edəcək", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi