Binəli Yıldırım: “Türkiyə və Rusiya bir il əvvəl böyük imtanahdan keçdi”

Binəli Yıldırım: “Türkiyə və Rusiya bir il əvvəl böyük imtanahdan keçdi” Baş nazir: "Regional problemlərə laqeyd yanaşsaq, o zaman daha böyük münaqişələr yarana bilər"
Region
6 Dekabr , 2016 12:20
Binəli Yıldırım: “Türkiyə və Rusiya bir il əvvəl böyük imtanahdan keçdi”

Bakı. 6 dekabr. REPORT.AZ/ ”Bir il əvvəl yaşadıqlarımızla Türkiyə və Rusiya böyük imtahandan keçdi”.

“Report” xəbər verir ki, bunu Rusiyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirib.

Hökumət başçısı deyib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi bu ilin avqustundan başlayıb və hələ də davam edir: "Fikrimcə, Türkiyə ilə Rusiya arasında durğunluq dövrü geridə qalıb. Mən mühəndisəm. Sosial elmlərlə bağlı elə böyük təcrübəm yoxdur. Mən layihə adamıyam, körpü salaram, yol çəkərəm”.

Onun sözlərinə görə, Türkiyənin Antalya bölgəsi sadəcə istirahət etmək üçün bir yer deyil, orada türk və rusların ortaq ailələri də yaşayır: “Bu da əlaqələrimizi dərinləşdirən xüsusiyyətlərdəndir”.

Baş nazir qeyd edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bir çox tanınmış siyasi xadimlər oxuyub: "Bildiyimə görə, Azərbaycan Prezidenti İlham Əliyev də bu institutda təhsil alıb".

B.Yıldırım bildirib ki, hazırda dünyada bütün ölkələr bir-birinə bağlıdır: "Regional problemlərə laqeyd yanaşsaq, o zaman daha böyük münaqişələr yarana bilər. PKK və İŞİD kimi terrorçu qruplaşmaların meydana çıxmasının səbəbi də regional problemlərin həll edilməməsidir”.

Son xəbərlər

Orphus sistemi