Yuxarı
    Bağlamaq

    Türkiyənin baş naziri Belçikaya səfər edəcək

    Görüşlərdə Türkiyə - Avropa Birliyi əlaqələri və bölgədəki son proseslərlə bağlı fikir mübadiləsi aparılacaq

    Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Belçikaya səfər edəcək.

    "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 14-15-də baş tutacaq səfər çərçivəsində Avropa Birliyi (AB) Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker, AB-nin xarici işlər və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Federika Mogerini ilə görüşlər keçirilməsi planlaşdırılır.

    Görüşlərdə Türkiyə - Avropa Birliyi əlaqələri və bölgədəki son proseslərlə bağlı fikir mübadiləsi aparılacaq.

    Ə.Davudoğlu həmçinin "Friends of Europe" adlı beyin mərkəzi tərəfindən düzənlənəcək toplantıda çıxış edəcək və Belçikada yaşayan türk əsilli vətəndaşlarla da görüşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi