Yuxarı

​Türkiyənin baş naziri Rusiya ilə yaranan problemlərin aradan qaldırılmasındakı xidmətlərinə görə Azərbaycana təşəkkür edib

Binəli Yıldırım bildirib ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərində yaranan gərginliyin aradan qaldırılmasında ciddi səylər göstərib

Bakı. 28 iyun. REPORT.AZ/ "Azərbaycan və Qazaxıstan kimi qardaşlarımızın göstərdikləri səylərə görə onlara təşəkkürümüzü bildirirəm".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında Rusiya ilə münasibətlərin bərpasından danışarkən deyib.

Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlərin düzəlməsi üçün faydalı addımlar atılır: "Türkiyə ilə Rusiya arasında buzlar əriməyə başlayıb. İşlərin bu yerə gəlməsində böyük əmək sərf olunub, səylər göstərilib. Xüsusi ilə Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrin göstərdikləri gərgin səylərə görə, təşəkkürümüzü bildiririk. Dostlarmızı artıracaq, düşmənlərimizi azaldacağıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi