Yuxarı

​Türkiyənin baş naziri Avropa İttifaqı liderlərinin sammitinə dəvət olunub

Əhməd Davudoğlu dəvəti qəbul edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderlərinin zirvə toplantısına dəvət olunub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Donlad Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə telefon danışığında sammitə dəvət təklifini çatdırıb. Türkiyə hökumət başçısı dəvəti qəbul edib.

Aİ-yə üzv ölkələrin liderləri noyabrın 29-da Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər.

Donald Tusk bu toplantının Aİ-Türkiyə əlaqələrinin genişlənməsinə və perspektivdə münasibətlərin inkişafında əsas olacağını vurğulayıb.

Qeyd edək ki, ittifaq liderlərinin Brüssel toplantısında terrorçuluğa qarşı mübarizə, Avropa ölkələrində mühacir problemi, əsasən də suriyalı və iraqlı qaçqınların yerləşdirilməsi, habelə qaçqınları qəbul edən Türkiyəyə yardım olunması kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi