Türkiyənin baş naziri almaniyalı nazirlə əvvəlcədən planlaşdırılan görüşü təxirə salıb

Türkiyənin baş naziri almaniyalı nazirlə əvvəlcədən planlaşdırılan görüşü təxirə salıb Binəli Yıldırım almaniyalı nazir Ziqmar Qabrieli yerli vaxtla saata 12.30-da Çankaya iqamətgahında qəbul etməli imiş
Region
5 İyun , 2017 17:00
Türkiyənin baş naziri almaniyalı nazirlə əvvəlcədən planlaşdırılan görüşü təxirə salıb

Bakı. 5 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyanın xarici işlər naziri Ziqmar Qabriellə əvvəlcədən planlaşdırılan görüşü təxirə salıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, buna səbəb olaraq hökumət başçısının iş rejiminin sıx olduğu göstərilib.

Binəli Yıldırım almaniyalı nazir Ziqmar Qabrieli yerli vaxtla saata 12.30-da Çankaya iqamətgahında qəbul etməli idi.

Qeyd edək ki, iyunun 5-də Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyəyə səfərə gəlib. 

Son xəbərlər

Orphus sistemi