Yuxarı

​Türkiyənin baş naziri: "Almaniya parlamentində aparılacaq müzakirələr cəfəngiyyat və əsassızdır"

Binəli Yıldırım: Səsvermə zamanı parlament üzvlərinin Almaniyanın 3,5 milyonluq etnik türk vətəndaşını nəzərə alacağına ümid edirəm

Bakı. 1 iyun . REPORT.AZ/ "Biz Türkiyənin ittiham etməyə cəhd edənlərin xoş niyyətli olmadıqlarını bilirik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıdırım iyunun 2-də Almaniya parlamentində keçiriləcək 1915-ci ildə Osmanlı imperiyasında ermənilərlə bağlı baş verən hadisələrə dair qanun layihəsinin müzakirəsinə münasibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, bu səsvermə cəfəngiyyat və əsassızdır: "Bu hadisələr Birinci Dünya müharibəsi illərində baş verib.

Bütün dünyaya açıq və aydın şəkildə bəyan edirik ki, bizim bu məsələ ilə bağlı gizlədəcəyimiz heç nə yoxdur. Qoy, hərtərəfli araşdırma aparılsın, tərəflərin səhvləri aşkarlansın. Məsələyə tarixçilər qiymət verməlidir. Tarixi mövzunu, o cümlədən daxili məsələni siyasətin aləti etmək kökündən səhvdir".

B.Yıldırım xəbərdarlıq edib ki, bu sənədin qəbul edilməsi Almaniya Türkiyə münasibətlərinə xələl gətirəcək: "Biz bunu istəməsək də, belə vəziyyətin yaranacağı şübhəsizdir. Səsvermə zamanı parlament üzvlərinin Almaniyanın 3,5 milyonluq etnik türk vətəndaşını nəzərə alacağına ümid edirəm".

Baş nazir bildirib ki, başqa dövlətlərdə də belə bir qanunlar qəbul edilməsinə baxmayaraq, onların Türkiyə üçün heç bir hüquqi gücü yoxdur: "Biz belə əsassız qərarın qəbul edilməsi tərəfdarı da deyilik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi