Türkiyənin baş naziri ABŞ-a səfər edəcək

Türkiyənin baş naziri ABŞ-a səfər edəcək Binəli Yıldırım vitse-prezident Mayk Pens ilə danışıqlar aparacaq
Region
5 Noyabr , 2017 15:59
Türkiyənin baş naziri ABŞ-a səfər edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım 7-10 noyabr tarixlərində Birləşmiş Ştatlara səfər edəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinin Dəftərxanası məlumat yayıb.

Hökumət başçısı səfər zamanı ABŞ-ın vitse- prezidenti Mayk Penslə görüşəcək və terrorçuluqla mübarizə, Ankara və Vaşinqton arasında siyasi, iqtisadi, hərbi sahələrdə münasibətlər, viza problemi barədə danışıqlar aparacaq.

Bu, Donald Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Türkiyədən Vaşinqtona baş nazir səviyyəsində ediləcək ilk səfər olacaq.

Son xəbərlər

Orphus sistemi