​Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb

​Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb Qaçan diplomat dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinir
Region
12 Avqust , 2016 10:46
​Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb

Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan həmin diplomat Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinir.

İnformasiyada bildirilib ki, Rusiyaya qaçan diplomat da səfirliyin geri çağırılan 3 əməkdaşından biridir.

Qeyd edək ki, Türkiyənin Banqladeşdəki səfirlyinin iki diplomatı, o cümlədən müvəqqəti işlər vəkili ABŞ-a qaçıb. Rusiyaya qaçan diplomat özü ilə birlikdə ailə üzvlərini də götürüb.

Banqladeşin Xarici İşlər Nazirliyindən bildirilib ki, Ankara onların diplomatik pasportlarını ləğv edib.

Son xəbərlər

Orphus sistemi