Yuxarı

Türkiyənin axtarışa verdiyi keçmiş prokurorlar Ermənistana qaçıb - FOTO

Artvin əyalətinin valisi Kamal Cirit keçmiş prokurorların Ermənistana getdiklərini təsdiqləyib

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin keçmiş prokurorları Zəkəriyyə Öz və Cəlal Kara Gürcüstandan keçərək Ermənistana qaçıblar.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyənin Artvin əyalətinin valisi Kamal Cirit keçmiş prokurorların Ermənistana getdiklərini təsdiqləyib.

Qeyd edək ki, onlar qanunsuz təşkilat qurmaqda, hökuməti devirməyə cəhddə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi