​Türkiyənin Avstriyadakı Mədəniyyət Mərkəzini yandırmağa cəhd göstərilib

​Türkiyənin Avstriyadakı Mədəniyyət Mərkəzini yandırmağa cəhd göstərilib Polis əməkdaşı: "Yandırıcı maddə ilə dolu olan qurğu mərkəzin binasının pəncərəsindən içəri atılıb"
Region
15 Avqust , 2016 15:35
​Türkiyənin Avstriyadakı Mədəniyyət Mərkəzini yandırmağa cəhd göstərilib

Bakı. 15 avqust. REPORT.AZ/ Avstriyanın şimal-qərbində yerləşən Vels şəhərindəki Türkiyənin Mədəniyyət Mərkəzini yandırmağa cəhd edən iki nəfər saxlanılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, onlar bu gün səhər saatlarında hadisə yerində tutulublar.

"Yandırıcı maddə ilə dolu olan qurğu mərkəzin binasının pəncərəsindən içəri atılıb. Qurğu öz-özünə sönüb. Xəsarət alan olmayıb. Hadisə nəticəsində demək olar ziyan vurmayıb", - deyə yerli polis bildirib. 

Son xəbərlər

Orphus sistemi