Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması barədə hesabat qəbul edilib

Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması barədə hesabat qəbul edilib Hesabatın lehinə 477 deputat səs verib
Region
6 İyul , 2017 14:48
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması barədə hesabat qəbul edilib

Bakı. 6 iyul. REPORT.AZ/ Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması haqqında hesabatı qəbul edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hollandiyadan olan deputat Kati Piri tərəfindən hazırlanan hesabatın lehinə 477 deputat səs verib.

Bu hesabat iyulun 5-də müzakirə edilib, iyulun 6-da isə təsdiqlənib.

Hesabatda Türkiyənin Avropa İttifaqına üzvülüyü ilə bağlı müzakirələrin dayandırılmasına çağırış edilib. 

Qeyd edək ki, Avropa Parlamentinin 751 üzvü var.

Son xəbərlər

Orphus sistemi