Yuxarı
    Bağlamaq

    Türkiyənin Avropa İttifaqı üzrə naziri: “Niderlanda qarşı sanksiya tətbiq edəcəyik”

    Ömər Çelik: “Hollandiya Avropa İnsan Hüquqları Konvensiyasını pozub”

    Bakı. 13 mart. REPORT.AZ/ “Türkiyə suveren bir dövlətdir və sanksiyalarımız olacaq”.

    “Report” "Sabah"a istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik bildirib.

    O, Niderlandda irqçilik, ayrı-seçicilik düşüncəsinin hökm sürdüyünü vurğulayıb. Hollandiya Azadlıq Partiyasının lideri Gert Vildersin mənsub olduğu siyasi-ideoloji baxışa işarə edən nazir deyib: “Vildersin məsələyə yanaşmasını və bu düşüncəni çox yaxşı bilirik. Heç şübhəsiz sanksiya tətbiq edəcəyik. Onlara cavab veriləcək. Ancaq bizə "gərginliyi azaldın" deməsinlər. Bu məsələdə Avropa İttifaqı və Avropa Şurasının üzərinə böyük vəzifə düşür. Onların tərəflərə təmkinlik göstərməyi təklif etməsi bizim üçün yetərli deyil. Çünki biz də Vildersi və təmsil etdiyi düşüncəni çox yaxşı tanıyırıq”.

    Ömər Çelik qeyd edib ki, Hollandiya Avropa İnsan Hüquqları Konvensiyasını pozub: "Orada irqçi, neofaşist qüvvə meydana çıxıb”

    Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi