Antalyada partlayış baş verib - YENİLƏNİB

Antalyada partlayış baş verib - YENİLƏNİB hadisə nəticəsində yaralanan şəxslərin həyatı üçün təhlükə yoxdur
Region
25 Oktyabr , 2016 11:06
Antalyada partlayış baş verib - YENİLƏNİB

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Ola bilsin ki partlayış qəza nəticəsində baş verib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Antalya bələdiyyəsinin sədri Menderes Türel bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan şəxslərin həyatı üçün təhlükə yoxdur: "Bunun terror hücumu olmadığı ehtimalı da var". 

Məlumata görə, dayanacaqdakı bomba yüklənmiş bir avtomobil partladılıb. Ancaq rəsmilər bu iddianı hələlik təsdiqləməyiblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir. 

*** 10:19

Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub.  

"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də səhər saatlarında baş verib. 

İlkin məlumata görə, partlayışda on nəfər yaralanıb. Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. 

Hadisənin binanın avtomobil dayanacağında baş veridyi ehtimal olunur.

Partlayışın baş vermə səbəbi hələlik bilinmir.

Son xəbərlər

Orphus sistemi