​Türkiyənin 65-ci hökumətinin tərkibi açıqlanıb - SİYAHI

​Türkiyənin 65-ci hökumətinin tərkibi açıqlanıb - SİYAHI Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqləməsindən sonra yeni hökumətinin tərkibi məlum olub
Region
24 May , 2016 12:57
​Türkiyənin 65-ci hökumətinin tərkibi açıqlanıb - SİYAHI

Bakı. 24 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın təqdim etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

"Report" xəbər verir ki, prezidentin təsdiqləməsindən sonra Türkiyənin 65-ci hökumətinin tərkibi açıqlanıb. 

64-cü hökumətdə təmsil olunan ailə və sosial siyasət naziri Sema Ramazanoğlu, səhiyyə naziri Mehmet Müəzzinoğlu, inkişaf naziri Cevdet Yılmaz, Avropa İtifaqı naziri Volkan Bozkır, iqtisadiyyat naziri Mustafa Elitaş, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı yeni hökumətdə yer almayıb.

65-ci hökumətin tərkibi aşağıdakı kimidir:

Baş nazir - Binəli Yıldırım

Baş nazirin müavinləri - Nurettin Canikli, Mehmet Şimşek, Numan Kurtulmuş, Yıldırım Tuğrul Türkeş, Veysi Kaynak

Ədliyyə naziri - Bəkir Bozdağ 

Ailə və sosial təminat naziri - Fatimə Beytül Sayan Kaya 

Xarici işlər Naziri -  Mövlud Çavuşoğlu 

Daxili işlər naziri - Efkan Ala 

Energetika və təbii sərvətlər naziri - Berat Albayrak 

Səhiyyə naziri - Rəcəb Akdağ 

İqtisadiyyat naziri - Nihat Zeybəkçi 

Maliyyə naziri -  Naci Ağbal 

Ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik 

Əmək və sosial təminat naziri - Süleyman Soylu 

Gömrük və ticarət naziri - Bülənt Tüfənkçi 

Milli müdafiə naziri- Fikri İşıq 

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Əhməd Arslan 

Təhsil naziri - İsmət Yılmaz

Mədəniyyət və turizm naziri - Nabi Avçı 

İnkişaf naziri - Lütvi Elvan 

Avropa İttifaqı naziri - Ömər Çelik 

Gənclər və idman naziri - Akif Çağatay Kılıç

Ətraf mühit və şəhərsalma naziri - Mehmet Özhaseki 

Meşə və su məsələləri naziri - Veysəl Əroğlu 

Elm, sənaye və texnologiya naziri - Faruk Özlü.

Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Türkiyənin 65-ci hökumətində yeganə qadın nazir olacaq. O, Türkiyənin Bilkent, ABŞ-ın Nyu-York Universitetlərində təhsil alıb.

Yeni hökumətin tərkibi Türkiyə Böyük Millət Məclisində səsverməyə təqdim ediləcək. Bundan sonra 65-ci hökumət fəaliyyətə başlayacaq.

Son xəbərlər

Orphus sistemi