Türkiyənin 557 gündə məhv etdiyi PKK terrorçularının sayı açıqlanıb

Türkiyənin 557 gündə məhv etdiyi PKK terrorçularının sayı açıqlanıb Bu müddət ərzində onlara məxsus 6 mindən artıq silah, 15 mindən çox bomba müsadirə edilib
Region
31 Yanvar , 2017 14:29
Türkiyənin 557 gündə məhv etdiyi PKK terrorçularının sayı açıqlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyə ordusunun və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu məhv edilib. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçu PKK-ya qarşı keçirilən həmin əməliyyatlar nəticəsində 6 mindən artıq silah, 15 mindən çox bomba müsadirə olunub.

Bundan başqa, 146 ton partlayıcı maddə aşkarlanaraq götürülüb.

Terrorçu qruplaşmanın Türkiyədə törətdiyi terror əməliyyatı nəticəsində 343 mülki şəxs və güc strukturlarının 823 əməkdaşı həlak olub. 

Son xəbərlər

Orphus sistemi