​Türkiyənin 5 şəhərində terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 59 nəfər tutulub

​Türkiyənin 5 şəhərində terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 59 nəfər tutulub Onların bir hissəsi Suriya keçmək istəyirmiş, bir qrupu isə Türkiyə ərazisində terrorlar törətməyi planlaşdırırmış
Region
13 Yanvar , 2016 10:40
​Türkiyənin 5 şəhərində terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 59 nəfər tutulub

Bakı.13 yanvar. REPORT.AZ/ Türkiyənin Ankara, Kilis, Şanlıurfa, Mersin və Adana şəhərlərində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının üzv olmaqda şübhəli bilinən 59 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, onların bir hissəsi Suriyaya keçmək istəyirmiş, bir qrupu isə Türkiyə ərazisində terrorlar törətməyi planlaşdırırmış.

Tutulanlar ölkənin təhlükəsizlik idarəsində saxlanılır.

Son xəbərlər

Orphus sistemi