​Türkiyənin 5 əyalətində axtarış-əməliyyat tədbiri keçirilib, 20 nəfər saxlanılıb

​Türkiyənin 5 əyalətində axtarış-əməliyyat tədbiri keçirilib, 20 nəfər saxlanılıb Əməliyyat Ankara, İstanbul, İzmir, Antalya və Ədirnə əyalətlərində keçirilib
Region
14 İyul , 2016 08:22
​Türkiyənin 5 əyalətində axtarış-əməliyyat tədbiri keçirilib, 20 nəfər saxlanılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Xüsusi təyinatlı polis dəstəsi və polis helikopterlərinin dəstəyi ilə Türkiyənin 5 əyalətində eyni zamanda 40 ünvanda keçirilən əməliyyat nəticəsində aralarında qadın ollmaqla 20 nəfər şübhəli həbs edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Ankara, İstanbul, İzmir, Antalya və Ədirnə əyalətlərində keçirilib.

İnformasiyaya görə, əməliyyat nəticəsində şübhəlilərin yaşadığı evdən narkotik maddə və onun satışından əldə edilən pul, qanunsuz gəzdirilən silah aşkarlanaraq, götürülüb. 

Son xəbərlər

Orphus sistemi