Türkiyənin 16 əyalətində FETÖ-çülərə qarşı əməliyyat keçirilib

Türkiyənin 16 əyalətində FETÖ-çülərə qarşı əməliyyat keçirilib Həbsinə sanksiya verilənlər arasında FETÖ-nün “Türkiyə imamı”, “İstanbul imamı” və “Təhlükəsizlik imamı” da var
Region
8 Dekabr , 2016 10:04
Türkiyənin 16 əyalətində FETÖ-çülərə qarşı əməliyyat keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Türkiyənin 16 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatda polis əməkdaşlarından ibarət 100 dəstə iştirak edib.

Məlumata görə, ümumilikdə 66 ünvanda keçirilən əməliyyatın məqsədi axstarışda olan 58 nəfərin tutulması olub. 

Axtarılanlar arasında FETÖ-nün “Türkiyə imamı”, “İstanbul imamı” və “Təhlükəsizlik imamı” kimi tanınan şəxslər də var.

Həbsinə sanskiya verilən FETÖ üzvləri həkim, müəllim, zabit, mühəndis, mühasib, iş adamı, təhlükəsizlik sahəsinin əməkdaşıdır. 

Son xəbərlər

Orphus sistemi