Türkiyənin 11-ci prezidenti keçmiş baş nazirlə görüşüb

Türkiyənin 11-ci prezidenti keçmiş baş nazirlə görüşüb Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin keçmiş baş naziri, Ədalət və İnkişaf Partiyasının Konyadan olan millət vəkili Əhməd Davudoğlu 11-ci prezident Abdullah Güllə görüşüb.
Region
24 Aprel , 2018 20:13
Türkiyənin 11-ci prezidenti keçmiş baş nazirlə görüşüb

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin keçmiş baş naziri, Ədalət və İnkişaf Partiyasının Konyadan olan millət vəkili Əhməd Davudoğlu 11-ci prezident Abdullah Güllə görüşüb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, görüş Abdullah Gülün dəvəti ilə gerçəkləşib və bir saata yaxın davam edib.

Məlumata əsasən, onlar əvvəllər də bir araya gələrək görüşüblər. Ancaq bu görüş seçkilər ərəfəsinə təsadüf etdiyindən, müxalifətin prezidentliyə ortaq namizəd axtardığı bir vaxta düşdüyündən diqqətçəkici olub.

Qeyd edək ki, Abdullah Gülün prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı verilən sualı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım belə cavablandırıb: “Özündən soruşun”.

Məlumata görə, aprelin 25-də A.Gül Səadət Partiyasının baş katibi Temel Karamollaoğlu ilə bir araya gələcək. Səadət Partiyasının lideri aprelin 23-də müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşmüşdü. 

Son xəbərlər

Orphus sistemi