Əhməd Davudoğlu: "Türkiyəni təhdid edən ən kiçik hərəkətə kəskin reaksiya veriləcək"

Əhməd Davudoğlu: "Türkiyəni təhdid edən ən kiçik hərəkətə kəskin reaksiya veriləcək" "Artıq bundan sonra Türkiyə sərhədlərini təhdid edən qüvvələrə qarşı tədbirlərimiz mütəmadi olaraq davam edəcək"
Region
24 İyul , 2015 15:46
Əhməd Davudoğlu: Türkiyəni təhdid edən ən kiçik hərəkətə kəskin reaksiya veriləcək

Bakı. 24 iyul. REPORT.AZ/ "Bu gün səhər Silahlı Qüvvələrimiz İŞİD-in mövqelərini uğurlu şəkildə məhv edə bildi. Bir daha bəyan edirəm ki, əgər hansısa terror təşkilatı Türkiyə sərhədlərində təhlükə yaradacaqsa, dərhal bunun qarşısı lazımi şəkildə alınacaq və kimsənin də buna şübhəsi olmasın". "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu deyib.

O, İŞİD-ə qarşı həyata keçirilən əməliyyatın hədəfinə çatdığını və bundan sonra da davam edəcəyini bildirib: "Hər an Suriya üzərində və sərhədə yaxın bölgələrdə fəallığı gözləyirik. Türkiyəni təhdid edən ən kiçik bir hərəkət qarşısında da çox kəskin reaksiya veriləcək. Artıq bundan sonra Türkiyə sərhədlərini təhdid edən və ölkə daxilində hər hansı bir aksiyaya cəhd göstərənlərə qarşı tədbirlərimiz mütəmadi olaraq davam edəcək".  

Son xəbərlər

Orphus sistemi