Suriya ərazisindən Türkiyəni atəşə tutan terrorçu PYD-nin 11 silahlısı məhv edilib

Suriya ərazisindən Türkiyəni atəşə tutan terrorçu PYD-nin 11 silahlısı məhv edilib Onlardan 3-ü qumbaraatandan, 8-i isə yük maşınına quraşdırılan DOÇKA-dan atəş açırmış
Region
28 Aprel , 2017 17:12
Suriya ərazisindən Türkiyəni atəşə tutan terrorçu PYD-nin 11 silahlısı məhv edilib

Bakı. 28 aprel. REPORT.AZ/ PKK-nın Suriyadakı qolu PYD-nin nəzarəti altında olan ərazidən Türkiyənin Urfa bölgəsinin Ceylanpınar rayonunun Aksoy sərhəd polis məntəqəsi raket atəşinə tutulub. 

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində 11 terrorçu məhv edilib.

Həmin terrorçulardan 3-ü qumbaraatandan, 8-i isə yük avtomobillərinə quraşdırılan DOÇKA-dan atəş açıb.

Qeyd edək ki,  terrorçular aprelin 27-də də Suriya ərazisindən Türkiyənin adı çəkilən bölgəsini atəşə tutublar. 

Son xəbərlər

Orphus sistemi