Yuxarı

Türkiyəni ​Moskvada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə səfir təmsil edəcək

Bir müddət öncə bu mərasimdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı istisna olunmurdu

Bakı. 5 may. REPORT.AZ/ Mayın 9-da Moskvada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə Türkiyəni ölkənin Rusiyadakı səfiri Ümit Yardım təmsil edəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Rusiyadakı səfirliyindən bildirilib.

"Moskvada Qələbə günü münasibətilə keçiriləcək təntənəli tədbirdə Türkiyəni Rusiyadakı səfir Ümit Yardım təmsil edəcək", - məlumatda vurğulanıb.

Xəbərə görə, bir müddət öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək həmin tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyini istisna etməmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi