​Türkiyəli xanım jurnalisti öldürən erməninin məhkəməsi başlayıb

​Türkiyəli xanım jurnalisti öldürən erməninin məhkəməsi başlayıb Müttəhimlər kürsüsündə oturan Aram Qriqoryan ittihamları rədd edib
Region
9 İyul , 2015 10:12
​Türkiyəli xanım jurnalisti öldürən erməninin məhkəməsi başlayıb

Bakı. 9 iyul. REPORT.AZ/ Yerevanda türkiyəli jurnalist Qaya Coşarı qətlə yetirməkdə günahlandırılan erməni taksi sürücüsü Aram Qriqoryanın məhkəməsi başlayıb. 

"Report" xəbər verir ki, bu haqda Ermnənistan KİV-i məlumat yayıb.

Müttəhimlər kürsüsündə oturan A.Qriqoryan ittihamları rədd edib. O, hadisənin baş verməsində qətlə yetirdiyi jurnalisti ittiham edib: "Mən sərnişin aparırdım. Yolun ortasında yerə uzanmış qadını gördüm. Əyləci basıb, maşını saxlamağa çalışdım. Ancaq çatdıra bilmədim, qadını vurdum. O, sərxoş idi".

Məlumata əsasən, ekspertiza isə onun dediklərinin əksini göstərib. Ekspertizanın rəyinə görə, A.Qriqoryanın qadını görmək imkanı olub.

Xatırladaq ki, türkiyəli jurnalist xanım Qaya Coşar 2014-cü ilin noyabrından Ermənistan-Türkiyə proqramlarından biri çərçivəsində Yerevanda işləməyə başlayıb. 2014-cü il dekabrın 26-da üstünə avtomobil sürülməsi nəticəsində ağır xəsarət alıb. O, hadisədən sonra 12 gün xəstəxanada müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb və yanvarın 7-də dünyasını dəyişib. 

O, Türkiyənin Kütahya vilayətinin Simavi rayonunun Dəmirçiköy kəndində dəfn edilib.

Son xəbərlər

Orphus sistemi