Türkiyəli tələbələr FTX-nin göstərişi ilə Rusiyada universitetdən xaric edilib

Türkiyəli tələbələr FTX-nin göstərişi ilə Rusiyada universitetdən xaric edilib İHŞ 13 türk tələbənin Rusiyanın ali məktəblərindən xaric edilməsinin səbəbləriylə bağlı Baş Prokurorluğa sorğu göndərib
Region
4 Fevral , 2016 15:14
Türkiyəli tələbələr FTX-nin göstərişi ilə Rusiyada universitetdən xaric edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Moskva Mühəndis-Fizika İnstitutunda təhsil alan 3 türkiyəli tələbə Federal Təhlükəsizlik Xidmətinin göstərişi ilə universitetdən xaric edilib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) mətbuat xidmətindən məlumat verilib.

İHŞ Türkiyə ilə Rusiya arasındakı şiddətli qarşıdurma fonunda 13 türk tələbənin Rusiyanın bir sıra ali məktəblərindən xaric edilməsinin səbəbləriylə bağlı Baş Prokurorluğa sorğu göndərib.

Qurumun məlumatında, həmçinin digər 10 tələbənin razılaşmanı pozduğu və ya öz istəyi ilə ali məktəblərdən xaric olunduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi