Yuxarı

​Türkiyəli nazir: "Rusiya istehsalçılarına daha çox ziyan dəyəcək"

Faruk Çelik: İki ölkə arasındakı mövcud böhran iqtisadi sahəyə toxunmamalıdır

Bakı. 27 noyabr. REPORT.AZ/ "Rusiya Türkiyədən ildə 1,27 milyard dollarlıq, Türkiyə isə Rusiyadan bu müddətdə 2,85 milyard dollarlıq məhsul idxal edir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bildirib.

"İki ölkə arasındakı mövcud böhran iqtisadi sahəyə toxunmamalıdır. Rusiya ilə kənd təsərrüfatı sahəsində çox ciddi ticarət əlaqəmiz var. Böhrandan çıxış yolu axtarılan zaman iqtisadi sahəyə toxunmağa ehtiyac yoxdur. Çünki bu, həm Rusiya, həm də Türkiyənin, daha çox rusiyalı istehsalçılara ziyan vurur", - o vurğulayıb.

Nazir səlahiyyətli qurumlar arasında danışıqların aparıldığını söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi