Yuxarı

​Türkiyəli nazir: "Şəhid olmaq istəyirəm"

Taner Yıldız: Terror hadisələri enerji sektoru ilə əlaqəlidir

Bakı. 19 avqust. REPORT.AZ/ "İnsanın daxili söhbətləri Allahla arasındakı sirrdir. Allah qismət eləsə, mənim istəyim dinim, millətim və vətənim uğrunda şəhid olmaqdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

O, oğlunun ödənişli hərbi xidmət keçdiyi haqda yayılan iddiaların əsassız olduğunu bildirib. 

Ölkədə artan terror aktlarına toxunan nazir bildirib ki, bu hadisələr enerji sektoru ilə əlaqəlidir: "Son 7 ildə boru xətti (İraqdan Türkiyəyə gələn neft kəmərini nəzərdə tutur - "Report") 22 dəfə terrorçu PKK tərəfindən partladılıb. Bu partlayışlardan ən çox elə kürdlər ziyan çəkib. İyulun 25-dən avqustun 17-dək törədilən partlayışlar nəticəsində İraqın şimalındakı kürd muxtariyyatına dəyən ziyanın məbləği 501 milyon dollardır".

Onun sözlərinə görə, həmin terrorlardan ən çox kürdlər ziyan görüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi