Türkiyəli nazir: "FETÖ terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir"

Türkiyəli nazir: "FETÖ terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir" "Bu, həm də zəfərdir"
Region
13 İyul , 2017 13:14
Türkiyəli nazir: FETÖ terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir

Türkiyə. Ankara. 13 iyul. REPORT.AZ/ "2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinin qarşısının alınmasında Türkiyə mediasının böyük rolu olub. Bu, qəhrəmanlıqdır. Hələ şəkillərə baxarkən o gecəni hiss edirik. Bu, həm də zəfərdir".

"Report"un xəbərinə görə, bunu Türkiyənin Ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan deyib.
O bildirib ki, 15 iyul Türkiyə tarixinin ən qorxunc gecəsi olub: "Bu, işğala cəhd idi. Bu hadisəni törədənlər FETÖ terror təşkilatı təşkil etmişdi. Bu təşkilat İŞİD-dən, PKK-dan fərqlənmir. Bu cür hərəkətlər demokratiyaya təhdiddir. Təhsil vermək üçün açdıqları mərkəzlərdə silahlılar yetişdirdilər. İndi onlar hesab verirlər, etdiklərinin cavabını verəcəklər. 15 iyulun işğala cəhd oldunğunu unutmamalıyıq. Bunun dünyada tayı-bərabəri yoxdur. Həmin gecə şəhid verdik, insanlarımız yaralandı, uşaqlar yetim qaldı. Türkiyə Böyük Millət Məclisi bombalandı, polislərə atəş açıldı, xalqa silah çəkildi. Amma biz həmin gecə əyilmədik, mübarizə apardıq".

Nazir, həmçinin qərb mediasını ittiham edib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqı meydanlara səsləməsi mühüm addım idi. Bir neçə Avropa ölkəsi bu məsələyə qərəzli yanaşdı. Avropa ilə demokratiya mövzusunda müzakirə aparan ölkəyik. Amma bu məsələ ilə bağlı mövqe ortaya qoymadılar. Türkiyənin terrora qarşı mübarizəsi Avropa üçün də önəmlidir. Onlar dəstək verməlidirlər. Avropa və Amerika xətalarını düzəltməlidirlər. Qərbin bəzi media qurumları Türkiyə prezidentinə böhtan atırlar. Bunun demokratiya, söz azadlığı ilə əlaqəsi yoxdur. Biz əngəllərə fikir vermədən yolumuza davam edəcəyik, 15 iyul hadisələrinin hesabı istəniləcək. AKP islahatçı partiyadır. Əsas işimiz budur. Ölkədə demokratiya yolunda nə lazımdırsa, edilir".

Son xəbərlər

Orphus sistemi