​Türkiyəli mütəxəssislər Rusiayanın hərbi fəaliyyətini təftiş edir

​Türkiyəli mütəxəssislər Rusiayanın hərbi fəaliyyətini təftiş edir Yoxlama fevralın 19-dək davam edəcək
Region
17 Fevral , 2015 13:03
​Türkiyəli mütəxəssislər Rusiayanın hərbi fəaliyyətini təftiş edir

Bakı.17 fevral. REPORT.AZ/ Türkiyənin hərbi ekspertləri Rusiya Silahlı Qüvvələrinin Rostov vilayətində "hərbi fəaliyyəti" təftiş etməyə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yoxlama fevralın 19-dək davam edəcək.

"RF-nin Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin təmsilçilərinə Rusiyanın Cənubunda təftiş aparılmasını təşkil edəcək. Təftiş ediləcək rayon Türkiyə tərəfindən müəyyən olunub. 14 min kv. km-lik bu ərazi Rostov vilayətini və Krasnodar diyarının bir hissəsini əhatə edir", - Rusiya Müdafiə Nazirliyinin Müqavilələrin icrasına nəzarət məsələləri üzrə İdarəsinin rəisi Sergey Rıjkov keçirilən tədbir haqda deyib. 

Onun sözlərinə görə, 2015-ci ildə analoji tədbir ikinci dəfədir keçirilir. Məqsəd Rusiya hərbçilərinin həmin bölgədə fəaliyyətini araşdırmaqdır. 

Son xəbərlər

Orphus sistemi