Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib

Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib Məhkəmə ictimai təhlükəsizlik səbəbindən qapalı keçirilib
Region
13 Fevral , 2018 16:32
Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib

Bakı. 13 fevral. REPORT.AZ/ İstanbul Bölgə Məhkəməsi Cümhurriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlunun 5 il 10 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, məhkəmə ictimai təhlükəsizlik səbəbindən qapalı keçirilib.

Enis Berberoğlu “dövlətin təhlükəsizliyi, daxili və xarici siyasətə yararlığı baxımından gizli qalması vacib olan məlumatları açıqlamaqda” təqsirli bilinib. 

Son xəbərlər

Orphus sistemi