Yuxarı

Türkiyəli hərbçi dövlət çevrilişinə cəhdinin qarşısını ala bilmədiyinə görə intihar edib

Polkovnik-leytenant Levent Önder bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyəli hərbçi Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdinin qarşısını ala bilmədiyinə görə intihar edib.   

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Siirt valiliyi yazılı açıqlama verib. 

Məlimata görə, Türkiyə Silahlı Qüvvələrinin Siirt şəhərində yerləşən 3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Önder bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb. 

Açıqlamada hərbçinin prokurorluğa şahid qismində ifadə verdiyi, lakin qiyamçıların planlarının qarşısını ala bilməməsindən dolayı mənəvi sarsıntı keçirdiyini, bu səbəbdən də intihar etdiyi qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi