​Türkiyəli deputat: "Xarici kəşfiyyat Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gecə-gündüz dinləyib"

​Türkiyəli deputat: "Xarici kəşfiyyat Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gecə-gündüz dinləyib" Ərdal Aksüngər: "Təhlükəsizlik orqanları isə belə proqramlarla könüllü kimi davranırlar"
Region
10 İyul , 2015 17:47
​Türkiyəli deputat: Xarici kəşfiyyat Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gecə-gündüz dinləyib

Bakı. 10 iyul. REPORT.AZ/ "Xarici kəşfiyyat qurumları prezident Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gecə-gündüz dinləyiblər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Ərdal Aksüngər bildirib .

O, partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat toplantısında deyib ki, ABŞ-ın kəşfiyyat orqanı olan Milli Təhlükəsizlik Agentliyi tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 il yarım gecə-gündüz dinlənilib.

Deputatın sözlərinə görə, casusluq proqramları dünyanın başına bəla açıb: "Casusuluq proqramları inkişaf edən ölkələrin əvəzinə Türkiyə kimi inkişaf etməkdə olan dövlətlərə satılır. Təhlükəsizlik orqanları isə belə proqramlarla könüllü kimi davranırlar".

Ə.Aksüngər bildirib ki, Süleyman Şah türbəsi ilə bağlı (Suriya ərazisində yerləşir, onun qorunması haqda müzakirə olunan məsələnin xəbəri yayılmışdı), Hakan Fidan (Türkiyə Milli Kəşfiyyat Təşkilatının başçısı, vəzifəsindən çıxarıldıqdan sonra yerinə qaytarıldı) və baş nazirin başqa müavinlərinin danışıqları ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən harasa ötürülübsə, deməli həmin xəbərlərin hamısı onlarda var.

Son xəbərlər

Orphus sistemi