Yuxarı

Antalya beynəlxalq hava limanında yanğın baş verib

Yanğının başvermə səbəbləri məlum deyil

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin Antalya şəhər beynəlxalq hava limanında yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.

Məlumata görə, yanğın hadisəsi ikinci terminalda qeydə alınıb.

Sərnişinlər təhlükəsizlik baxımından təxliyə edilib və uçuşlar müvəqqəti olaraq təxirə salınıb.

Yanğının başvermə səbəbləri məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi