Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçiyə iki ay həbs cəzası verilib - VİDEO

Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçiyə iki ay həbs cəzası verilib - VİDEO Onlar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndiriliblər
Region
21 İyul , 2016 16:45
Türkiyədən Yunanıstana qaçan 8 qiyamçı hərbçiyə iki ay həbs cəzası verilib - VİDEO

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra Yunanıstana qaçan 8 hərbçiyə iki ay həbs cəzası verilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlar Dedeağac məhkəməsində Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək mühakimə olunublar. 

Qeyd edək ki, bu hərbçilər iyulun 16-da səhər saatlarında "Sikorsky" modelli hərbi helikopterlə Yunanıstanın Dedeağaç hava limanına eniblər. Onların rütbələri sökülüb, ancaq hərbçilər Yunanıstan hökumətindən siyasi sığınacaq istəyiblər. Bundan sonra Ferecik həbsxanasında saxlanılan qiyamçılar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək Dedeağac məhkəməsinə veriliblər. Lakin vəkillərinin tələbi ilə məhkəmə iyulun 21-dək təxirə salınıb. Türkiyə isə Yınanıstandan qiyamçı hərbçilərin ekstradisiyasını tələb edir. 

Son xəbərlər

Orphus sistemi