Türkiyədən Yunanıstana qaçan 8 hərbçi barəsində yekun qərar elan olunub

Türkiyədən Yunanıstana qaçan 8 hərbçi barəsində yekun qərar elan olunub Onlardan yalnız 3-ü Türkiyəyə geri veriləcək
Region
8 Dekabr , 2016 19:04
Türkiyədən Yunanıstana qaçan 8 hərbçi barəsində yekun qərar elan olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Türkiyədən Yunanıstana qaçan 8 hərbçi barəsində yekun qərar elan olunub. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, paytaxt Afinadakı Apellyasiya Məhkəməsi onlardan yalnız 3-nün Türkiyəyə geri verilməsi barədə qərar qəbul edib. Onlar qiyam cəhdində iştirak etmək, parlamentin iclasının keçirilməsinə mane olmaq və helikopter oğurlamaqda günahlandırılıblar. 

Məlumata görə, Yunanıstan tərəfi 5 hərbçini Türkiyəyə ekstradisiya etməyəcək. 

Xatırladaq ki, bu hərbçilər iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar. Onlar iyulun 16-da səhər saatlarında "Sikorsky" modelli hərbi helikopterlə Yunanıstanın Dedeağaç hava limanına eniblər. Yunanıstan hökumətindən siyasi sığınacaq istəyən qiyamçılar iyulun 21-də Dedeağac məhkəməsində hakim qarşısına çıxarılıblar. Onlar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək iki ay azadlıqdan məhrum ediliblər. Bundan sonra qiyamçı hərbçilər Kavala həbsxanasına aparılıblar. Onlardan ikisi mayor, dördü kapitan, ikisi isə gizirdir. Türkiyə Yınanıstandan qiyamçı hərbçilərin ekstradisiyasını tələb edib. 

Son xəbərlər

Orphus sistemi